Container Icon

e-Resurs

...

1.Ekofiziki Maarifləndirməyə Ailəmizdən başlayaq!


2.Yer Kürəsini EkoFiziki Amillərdən Qoruyaq!
                                      
3.Milli Novruz Bayramımız məhz bir -EkoFizika bayramıdır!
İlin təhvil olması ,xonçaları bəzəyən şəkərbur ,paxlava ,qoğalın səma cisimlərini simvolizə etməsi ,xonçalara tökülən qoz-fındığın qalaktikamızdakı saysız-hesabsız səma cisimlərini təmsil etməsi və daha nələr? hələ paxlavanın qatlarının göyün 7 qatı mənasın agəldiyini necə bilmək maraqlıdır ,deyilmi ?
 Novruzunuz-EkoFizika Bayramınız Mübarək Olsun ! 
   

 4.Şəhərlərdəki Aktulal EkoFiziki Problem -" Səs Kirliliyi"
İnsana təsir göstərən səs-küyün səviyyəsi, xarakteri, spektral tərkibi, təsir etmə müddəti və həssaslığın fərdiliyi böyük məna kəsb edir. Müasir dövrdə ekoloji problem kimi səs–küy problemi daha qabarıq nəzərə çarpır.15-20 hs tezlikli infrasəs qorxu hissi yaradır. Bu cür səs-küylərin mənbələri isə müasir dövrdə çox müxtəlifdir.İnkişaf etməkdə olan şəhərlərdə tikinti işlərinin aparılması insanlar hiss etmədən onlara öz neqativ təsirini göstərir. Sutkanın müxtəlif saatlarında eşidilən bu səs–küy yuxusuzluğa, həzm sisteminə, hiss orqanlarına təsir göstərir. İntensiv səs-küy zamanı (partlayışlar, zərbəli dalğalar) səs 130 dB-dən yüksək olanda ağrı hissləri müşahidə olunur. Əgər səs 140dB-dən yüksək olarsa, eşitmə orqanı tam olaraq sıradan çıxır. . Bu zaman güclü baş ağrısı, görmə orqanının sıradan çıxması, ürək bulanma müşahidə olunur.
Akustik təsir və ya səs-küy geniş yayılmış fiziki faktordur. Konkret bir səs-küyə müxtəlif insanlar müxtəlif cür reaksiya verirlər. Bu həmin insanların əsəb sistemindən, ümumi sağlamlığından, psixo-emosional durumundan asılıdır.Nəqliyyat, onların siqnalları, tikinti səsləri daha spesifik təsirə malikdirlər..Statistik göstəricilərə görə 27 yaşadək olan insanların 46%-i, 28-37 yaşlı insanların 57%-i , 38-57 yaşlı insanların 62%-i, 58 və yuxarı yaşlı insanların 72%-nə səs-küy təsir göstərir. Məhz, bunları nəzərə alaraq dövlət standartlarına uyğun olaraq, xüsusi akustik komfortlu mühəndis və məişət cihazlarına ehtiyac yaranmışdır.
...