Container Icon

Öz ekoloji mədəniyyətini yoxla

Dostlar,Eko Fizika Trenajorunun yuxarı sağ küncündəki düyməciyi tıklayaraq tam ekranlı rejimə keçin və rahatlıqla işləyin.Öyrəndiyin Sənindir !

Planetimizi Tanıyaq

Dostlar ,Eko krossvordda rəqəmlərin üzərinə tıklayaraq suallarla tanış olun ,online cavablandırın və nəticəni yoxlayın.Öyrəndiyin Sənindir !

Enerjiyə Qənaət-EKO FİZİKA BİLİK TRENAJORU


Dostlar ,Trenajorun yuxarı sağ küncündəki düyməciyi tıklayaraq tam ekranlı rejimə keçin və rahatca Eko Fizika biliyinizi yoxlayın !

 


Dostlar ,Trenajorun yuxarı sağ küncündəki düyməciyi tıklayaraq tam ekranlı rejimə keçin və rahatca biliyinizi yoxlayın !

EKOLOJİ TƏQVİM

              



Dostlar ,dünyada insanlar tərəfindən hər il qeyd olunan müxtəlif ekoloji günlər var. Belə günlərin qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini planetimizdə olan ekoloji problemlərə cəlb etməkdir. Bunlardan ən məşhurları Ətraf Mühitin Mühafizəsi, Su, Yer, Parklara yürüş, Ozon Qatının Qorunmasıdır.Siz də bu ekoloji təqvimlə tanış olsanız dünyagörüşünüzü artırmış olarsınız.

MİLLİ PARKLARIMIZI TANIYAQ

Milli Parklar - Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə  Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılmışdır. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır.

Ecoloji Atlasımız

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsindən sonra ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb.Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı ekoloji proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilmişdir. Ölkəmizin hər yerində bu istiqamətdə vacib addımlar atılır.

Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir: populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir.

EKOLOJİ MƏDƏNİNİYYƏTİMİZ

Image İlk olaraq ölkəmizin  sosial  həyatında  ən qlobal problem olan EKOLOJİ MƏDƏNİYYƏTDƏN yazmaq qərarına gəlmişik.Çox təssüf edirəm ki, hələ də ətrafımızda Ekologiyan anlayışını küçümsəyən  insanlar  var. Bunu ölkəmizdə olan EKOLOJİ  SAVADın yetərizliyindən irəli gəldiyini düşünürük. Ekoloji mədəniyyət də elə Ekoloji savadın bir hissəsini təşkil edir.
Bilməyənlərin nəzərinə çatdıraq ki, Ekologiya anlayış olaraq  təkcə havanı, suyu, torpağı  yox , bəşəriyyətin bütün sahələrini əhatə edir.

EKOFİZİKA VİDEOÇARXLARI



Dünyanı və Azərbaycanı narahat edən EkoFiziki problemlər

                                     

Ekoloji Problemlər həllini gözləyir

                                     

Susuzluq-animasiya filmi

                                    

Təkrar dövriyyə və təkrar istehsal-animasiya filmi


                                    

Enerjiyə qənaət-animasiya filmi

                                     

Tullantıların təkrar istifadəsi-animasiya filmi