Bilməyənlərin nəzərinə çatdıraq ki, Ekologiya anlayış olaraq təkcə havanı, suyu, torpağı yox , bəşəriyyətin bütün sahələrini əhatə edir.
Ekoloji Mədəniyyət dedikdə, insanın təbiətə, ətraf mühitə münasibətində qayğıyla yanaşması nəzərdə tutulur. Ekoloji mədəniyyət heç də təkcə yerə zibil atmamaq deyildir, bununla yanaşı enerjidən, sudan, qazdan, eləcə də təbiətdən və ətrafdan, təbii sərvətlərimizdən düzgün
və hər birindən lazımı qədər,yəni qənaətlə istifadə etməkdir, təbiətin digər canlılarına da nəvazişlə yanaşmaqdı. Ekoloji mədəniyyətə tıxacda durarkən əlini siqnalın üstünə qoyub saatlarca aləmi səs-küylə bürüməmək ( təbiətdə yaranan artıq səs və küylər insanların eşitmə orqanlarını zəiflədir və həmçinin də sinir sistemlərinin pozulmasına səbəb olur) və boşuna benzini yandıraraq zəhərli azot qazlarıyla havanı zənginləşdirməməkdir , balaca uşaqlara heyvanları təpikləməyi yox, onları sevməyi öyrətmək və s. bu kimi misallar aiddir. Təbiətdən düzgün istifadəyə misal olaraq aşağıdakı video çarxı izləməyi təklif edirəm :

Vurğulamaq istərdim ki, Ekoloji Mədəniyyət hər bir şəxsdə Şəxsiyyət oldu üçün əvvəlcədən formalaşdırılmalıdır. İnsanda Ekoloji Mədəniyyət olmadıqda düşünürəm ki, bu cür insanlarda hansı peşənin şirkət sahibi və ya adi bir işçisi, mütəxəsis və ya qeyri-peşəkar olmasından asılı olmayaraq “İnsanliq ( Homo Sapines olaraq ) ” hissi formalaşmayıb. Təəssüf edirəm ki, hələ də şəhərin mərkəzində yaşayan lakin utanmadan zibili eyvandan aşağı atan insanlar qalmaqdadı. Buna dair bir çox nümunələr göstərmək olar, çünki Ekoloji mədəniyyət ölkəmizdə də hələ də aşağı səviyyədədir. Lakin yeniyetmə optimist düşüncəli ekoloq olaraq ümid edirəm ki, bir neçə ildən sonra gələn nəsillər ekoloji savad aldıqları üçün bu cür problemlər öz həllini tapacaq. Həlli yollarından ən əsası isə insanları EKOLOGİYA barəsində maarifləndirməkdi.
Belə bir atalarımızdan qalan deyim var ki : “ Nə tökərsən aşına, o da çıxar qaşığına”. Unutmayaq ki, təbiətlə necə rəftar edəcəyiksə, elə də cavabını alacayıq.
0 коммент. :
Отправить комментарий